
İstifadəçilərin nəzərinə!
Yeni online müraciət bölməsi istifadəyə verilmişdir.İT şöbəyə olan müraciətlərinizi birbaşa kompyuter arxasından bizə göndərə bilərsiniz.Bunun üçün sadəcə online müraciət bölməsinə daxil olun və probleminizi ətraflı təsvir edin.Sorğunuza qısa müddət ərzində baxılacaq.
İstifadəçilərin nəzərinə!
21.04.2011-ci il tarixində saat 9.00-dan 13.30-a qədər internetin verilməsində problemlər yaranmışdır. İT şöbə problemlə bağlı likvidasiya işlərinə başlamış və avadanlıqda nasazlıq aşkar etmişdir.Rəsmi açıqlama ilə İT şöbə bildirir ki, yoxlamalar nəticəsində istifadəçilər üçün quraşdırılmış Linksys WiFi Router nasaz vəziyyetdə aşkarlanmışdır. Avadanlığın quraşdırmaları Factory Reset halına keçməklə sistemdə konflikt yaratmışdır. Nasazlıq aşkar edildikdən sonra avadanlıq dərhal şəbəkədən ayrılmış ve simli internet işlək vəziyyətə gətirilmişdir.Bir müddət sonra isə simsiz internet də yenidən işlək vəziyyətə gətirilib.Yaranmış narahatçılığa görə İT şöbə istifadəçilərdən üzr istəyir.

İstifadəçilərin nəzərinə!
İnformasiya Texnologiyaları Şöbəsi istifadəçilərin nəzərinə çatdırır ki, 17.03.2011-ci il tarixdə server avadanlığının yerləşdiyi otaqda, soyutma sisteminin işləməməsi səbəbindən bir sıra İT xidmətlərin göstərilməsində müvəqqəti çətinlik yaranmışdır. Aşkar olunmuş nasazlığın aradan götürülməsi istiqamətində digər strukturlarla birgə fəaliyyət həyata keçirilir. Müvəqqəti narahatçılığa görə üzr istəyirik.

Informasiya Texnologiyaları Şöbəsi haqqında
İnformasiya texnologiyaları şöbəsi ATİ-nin tədris və elmi işlərinin informasiya təminatı, əməkdaşların və tələbələrin informatika sahəsində bilik və bacarıqlarını təkmilləşdirməsi istiqamətində fəaliyyət göstərir. Eyni zamanda onun fəaliyyət sahəsinə elmi-tədris və tələbələrin informatika sahəsində təhsili,


